Məhkumluq haqqında elektron arayışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın Səfirlik vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim olunmalıdır:
- Ərizə;
- Müraciət edən şəxsin pasportunun surəti;
Dövlət rüsumu:
10 ABŞ dolları
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Bank Hapoalim
Filial 532
Hesab No 12-532-530032
IBAN IL66-0125-3200-0000-0530-032
SWIFT POALILIT
Qeyd: Müəyyən olunmuş dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.