“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
KONSULLUQ QEYDİYYATI

Ümumi məlumat

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir.

İsraildə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyatı

İsrail Dövlətinin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Səfirlikdə uçota alınırlar.

Tələb olunan sənədlər:

  • Doldurulmuş uçot vərəqəsi (Nümunə):

Əlavə 1 (daimi yaşayanlar üçün)

Əlavə 2 (müvəqqəti yaşayanlar üçün)

  • Fotoşəkil (3x4sm);
  • Pasportun surəti;
  • Vətəndaşın İsraildə daimi/müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti. 

Qeyd: Tələb olunan sənədlər hazırlandıqdan sonra aşağıdakı email ünvanına göndərilir:

consul_telaviv@mission.mfa.gov.az

Dövlət rüsumu

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti