Əziz dostlar!
Sizi Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin rəsmi internet səhifəsində salamlamaqdan məmnunluğumu ifadə etmək istərdim.
Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulsa da, bu münasibətlər keçən illər ərzində strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Bununla belə, Azərbaycan və yəhudi xalqlarının təmasları və birgə yaşayış ənənələri min illiklərə söykənir. Azərbaycanın yəhudi icması və İsrailə repatriasiya etmiş yəhudilər daim ölkələrimiz və xalqlarımız arasında körpü və bağlantı rolunu oynamışdır.
Səfirliyin rəsmi internet səhifəsində Siz ölkələrimiz arasında siyasi, iqtisadi, sosial mədəni sahələrdə əməkdaşlıq barədə məlumat əldə edəcək, həm də konsulluq məsələləri ilə bağlı ətraflı məlumat ala biləcəksiniz.
Hörmətlə,
Muxtar Məmmədov