“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
NOTARİAT HƏRƏKƏTLƏRİ

Etibarnamələrin (və ya ərizə) təsdiq edilməsi qaydaları:

 

  1. Elektron formada - “MOBİL NOTARİAT”

 

Mobil telefona “AppStore” və ya “Google Play” platfomalarından “Mobil Notariat” tətbiqini yükləməklə müxtəlif növ etibarnamə və ərizələrin elektron formada rəsmiləşdirilməsi mümkündür.

Proqramın istifadəsi ilə bağlı suallar yaranarsa tətbiqdə qeyd olunan əlaqə vasitələrinə müraciət edilməsi xahiş olunur.

 

  1. Səfirliyin konsulluq bölməsində şəxsin iştirakı ilə

 

Etibarnamə (və ya ərizə) Səfirliyin konsulluq bölməsində vətəndaşın şəxsi iştirakı ilə notarial qaydada təsdiq edilə bilər:

Tələb olunan sənədlər:

  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.

Dövlət rüsumu: 20 ABŞ dolları

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

Bank Hapoalim

Bank                      12

Filial                       532

Hesab No              12-532-530032

IBAN                      IL66-0125-3200-0000-0530-032

SWIFT                    POALILIT

Qeyd: Müəyyən olunmuş dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti