“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
PASPORT

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı biometrik məlumatların (şəkil, barmaq izi) götürülməsi üçün şəxsən Səfirliyə müraciət etməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. 

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

18 yaşı tamam olmuş şəxslər üçün:

  1. Şəxsiyyət vəsiqəsinin və pasportun əsli və surəti;
  2. Ərizə-anket (yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və imzalanmalıdır);
  3. 2 ədəd fotoşəkil (3x4 sm); 
  4. 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən arayış;

18 yaşı tamam olmamış şəxslər üçün:

  1. Şəxsiyyət vəsiqəsinin və pasportun əsli və surəti - 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə pasport verilirsə doğum haqqında şəhadətnamənin əsli (Azərbaycan dilində tərcüməsi ilə) və surəti;
  2. Ərizə-anket (yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və imzalanmalıdır);
  3. 2 ədəd fotoşəkil (3x4 sm); 
  4. Pasport rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi. Razılıq ərizəsi əvvəlcədən doldurulmalı və hər iki valideyin Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyi halda, razılıq ərizəsi konsulluqda valideynlər tərəfindən şəxsən imzalanmalıdır. Valideynlərdən biri və ya hər ikisi Konsulluğa gəlmədiyi halda valideynin və ya valideynlərin razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır;
  5. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  6. 15 yaşı tamam olmamış, ilk dəfə pasport alan uşaqlar üçün qan qrupu haqqında tibbi arayış (şəxsiyyət vəsiqəsi olmadıqda);
  7. 15 yaşı tamam olmamış, ilk dəfə pasport alan uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə istisna hal kimi fərdi identifikasiya nömrəsi (FİN) əsasında Səfirlikdə pasportlarların rəsmiləşdirilməsi mümkündür. Bunun üçün ilk öncə 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə fərdi identifikasiya nömrəsinin verilməsi üçün müraciət olunmalıdır

Qeyd 1: Yeni pasport vətəndaşa təhvil verildiyi zaman etibarlılıq müddəti bitmiş, korlanmış və ya səhifələri dolmuş pasport səfirliyə təhvil verilməlidir. 

Qeyd 2: Pasport itirildikdə və ya oğurlandıqda yerli polis orqanı tərəfindən bu barədə müraciətin edildiyi faktını təsdiq edən sənəd səfirliyə təqdim edilməlidir.

Dövlət rüsumu: 25 ABŞ dolları

 

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

Bank Hapoalim     12

Filial                       532

Hesab No              530032

IBAN                      IL66-0125-3200-0000-0530-032

SWIFT                    POALILIT

Qeyd: Müəyyən olunmuş dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

Diqqət: Sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, pasportun rəsmiləşdirilməsi üçün müvafiq yaşa uyğun olaraq dövlət rüsumu onlayn https://www.asanpay.az/intro/home ("Daxili İşlər Nazirliyi" FİN nömrəyə istinad etməklə) və ya  Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin yaxın qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti