“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
QAYIDIŞ ŞƏHADƏTNAMƏSİ

Ümumi məlumat

Qayıdış Şəhadətnaməsi Azərbaycana qayıtmaq üçün pasportu əvəz edən birdəfəlik sənəddir.

 

Yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır və olduğu ölkədən Azərbaycana qayıtmaq üçün digər ölkənin ərazisindən tranzit keçmək hüququ verir.

 

Etibarlılıq müddəti 1 aydır. 3 iş günü müddətində rəsmiləşdirilir.

 

Aşağıdakı hallarda verilir:

  • Pasportun etibarlıq müddəti bitdikdə, yararsız hala düşdükdə yaxud səhifələri dolduqda;
  • Xarici ölkə ərazisində pasport itirildikdə yaxud oğurlandıqda;
  • Xarici ölkə ərazisində şəxsin 18 yaşı tamam olduqda;
  • Şəxs xarici ölkə ərazisində doğulduqda;

Tələb olunan sənədlər:

  • 18 yaşına çatmış şəxs tərəfindən Səfirliyə ünvanlanan və şəhadətnamə üçün müraciətin səbəblərini bildirən ərizə (Səfirlikdə imzalanır);
  • 18 yaşına çatmamış şəxsin valideynləri, qanuni nümayəndə, qəyyum və ya etibarnamə əsasında hər hansı Azərbaycan vətəndaşı tərəfindən Səfirliyə ünvanlanan ərizə və onların şəxsiyyətini təsdiq edən sənədlər;
  • Ərizə-anket: (Anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10 saylı qrafaları doldurulmalıdır);
  • Pasport yararsız hala düşdükdə, səhifələri dolduqda və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun əsli;
  • Pasport itirildikdə və ya oğurlandıqda yerli polis orqanı tərəfindən bu barədə müraciətin edildiyi faktını təsdiq edən sənədin əsli;
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm, ağ fonda);
  • Üzərində fotoşəkil olan, ərizəçinin şəxsiyyətini və vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd;
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
  • Şəxslə birgə gedən 18 yaşına çatmayan yaxud 18 yaşına xarici dövlətdə çatmış şəxsin doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
  • Şəxs xarici ölkədə doğulduqda doğum haqqında şəhadətnamə (Xarici ölkələrin qeydiyyat orqanı tərəfindən doğum şəhadətnaməsi verildiyi halda, həmin doğum şəhadətnaməsi apostil edilmiş şəkildə təqdim edilməlidir);
  • 18 yaşına çatmamış şəxsin valideynlərdən biri əcnəbi olduqda, onun uşağının qayıdış şəhadətnaməsi alması və Azərbaycana səfərinə etiraz etməməsi barədə notariat qaydasında təsdiq olunmuş ərizəsi, pasportunun surəti;

Dövlət rüsumu: 10 ABŞ dolları

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

Bank Hapoalim

Bank                      12

Filial                       532

Hesab No              12-532-530032

IBAN                      IL66-0125-3200-0000-0530-032

SWIFT                    POALILIT

Qeyd 1: Müəyyən olunmuş dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

Qeyd 2: Pasport yararsız hala düşdükdə, səhifələri dolduqda və ya etibarlılıq müddəti bitdikdə, pasportun əsli səfirliyə təhvil verilməlidir.

Qeyd 3: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Qeyd 3: Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, bunun üçün AR Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilir. Sorğuya cavab olaraq şəxsin AR vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona qanunvericiliklə müəyyən edilmiş qaydada qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti