“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Səfirlik
Səfirin tərcümeyi-halı

Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsini, 2007-ci ildə College of Europe (Belçika) universitetində Avropaşünaslıq üzrə magistr dərəcəsini və 2018-ci ildə Dövlət İdarəçiliyi Akademiyasında dövlət idarəetməsi üzrə magistr dərəcəsi üzrə təhsil almışdır.

2007-2008-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur.

2005-2013-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, habelə 2009-2013-cü illər ərzində Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində diplomat olaraq fəaliyyət göstərmişdir.

2013-2021-ci illərdə ərzində o, Elm və Təhsil Nazirliyində sektor müdiri, beynəlxalq əməkdaşlıq departamentinin direktoru, aparat rəhbəri vəzifələrində çalışmışdır. 2021-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək elm və təhsil nazirinin müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə Dövlət Qulluğunda Fərqlənmə medalı ilə təltif edilmişdir.

Muxtar Məmmədov Azərbaycan Respublikasının 11 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində Səfiri təyin olunmuşdur.

Muxtar Məmmədov ingilis, rus və türk dillərini sərbəst bilir.

Evlidir, iki övladı var.

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti