Səfirlik vasitəsilə Azərbaycan Respublikasının müvafiq qurumlarından məhkumluq, subaylıq və s. mövzularda arayışların alınması mümkündür. Sorğular icra üçün aidiyyəti dövlət orqanına göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır.
Tələb olunan sənədlər:
- Müvafiq ərizə;
- Pasportun və şəxsiyyət vəsiqəsinin surəti;
- Sorğuya uyğun olan sənədlərin surəti (əgər varsa);
Dövlət rüsumu: 10 ABŞ dolları
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Bank Hapoalim
Bank: 12
Filial 532
Hesab No 12-532-530032
IBAN IL66-0125-3200-0000-0530-032
SWIFT POALILIT
Qeyd: Müəyyən olunmuş dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.