“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər
Ticarət və iqtisadi əməkdaşlıq

İsrail Dövləti Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarındadır. İki ölkə arasında enerji, kimya sənayesi, turizm, texniki, kənd təsərrüfatı, yüksək texnologiyalar və əczaçılıq sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Azərbaycan və İsrail arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, habelə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər mövcuddur.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya 2017-ci ildə təsis edilib və Birgə Komissiyanın 1-ci iclası 15 may 2018-ci il tarixində Qüds şəhərində, 2-ci iclası 28 aprel 2021-ci il tarixində video-konfrans formatında, 3-cü iclası isə 19 aprel 2023-cü il tarixində Bakıda keçirilmişdir.

Azərbaycan İsrailə ixrac 2020-ci ildə 437 milyon ABŞ dolları, 2021-ci ildə 928 milyon ABŞ dolları, 2022-ci ildə 1,718 milyard ABŞ dolları, 2023-cü ildə 1,4 milyard ABŞ dolları, 2024-cü ilin ilk üç ayında 626 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət və iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri turizmdir. Bakı və Təl-Əviv arasında mövsümdən asılı olaraq həftəlik 3-12, eyni zamanda 3 yük daşıma (karqo) reysi həyata keçirilir. İsraildən Azərbaycana gələn turistlərin sayı 2019-cu ildə 47000 nəfər , 2021-ci ildə 6622 nəfər, 2022-ci ildə 23935 nəfər, 2023-cü ildə 29093 nəfər təşkil etmişdir.

İki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyaların iclasları çərçivəsində biznes forumlar təşkil edilir.

Eyni zamanda Azərbaycan Respublikasının İsrail Dövlətində ticarət və turizm nümayəndəlikləri də fəaliyyət göstərir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti