“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Viza

İsrail Dövləti vətəndaşları və İsraildə yaşamaq hüququ olan əcnəbilər Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almaq hüququna malikdirlər.

Viza aşağıdakı üsullarla rəsmiləşdirilə bilər:

İsrail Dövlətinin ümumvətəndaş pasportuna (yalnız bu pasport növünə şamil olunur) malik olan şəxslərə  Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında 30 gün müddətli birdəfəlik viza rəsmiləşdirilir.

ASAN Viza (e-Visa) - https://evisa.gov.az/en/ 

“ASAN Viza” Elektron Viza Portalı vasitəsilə 3 (üç) iş günü müddətində elektron vizanın onlayn şəkildə rəsmiləşdirilməsi mümkündür. Həmçinin qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş elektron vizaya müraciət etmək olar. Ölkədə qalma müddəti 30 gündür.

Ətraflı məlumat üçün: https://evisa.gov.az/az/information 

E-Viza verilən ölkələrin siyahısı: https://evisa.gov.az/az/countries 

E-Viza İsrail Dövləti tərəfindən verilən yalnız bu pasport növlərinə şamil olunur: 

Pasport 1

Pasport 2

Elektron viza üçün https://evisa.gov.az/az/ internet ünvanı vasitəsilə birbaşa müraciət olunmalıdır. Elektron vizanın alınması üçün zəruri olan məlumatlar müraciətçilər tərəfindən birbaşa “ASAN Viza” sisteminə onlayn şəkildə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron poçt ünvanına (e-mail) göndərilir.

“ASAN Viza” sistemi ilə əlaqədar yaranmış suallar (və ya yarana bilən hər hansı texniki problem) ilə bağlı birbaşa portalın operatoru funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz xahiş olunur: https://evisa.gov.az/az/contact 

  

Səfirlikdə viza müraciəti

İsrail Dövləti vətəndaşları və İsraildə yaşamaq hüququ olan əcnəbilər tək və ya çoxdəfəlik giriş vizası ilə bağlı Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Vizanın rəsmiləşdirilməsinin 10 iş gününədək davam etdiyini nəzərə alaraq müraciətçilərdən tələb olunan sənədlər Səfirliyin konsulluq bölməsinə əvvəlcədən təqdim edilməlidir. Viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən təqdim edilə və təhvil alına bilər.

Diqqət!: Viza üçün ərizə-anket tam cavablandırılmadığı və tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda viza müraciəti qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

Səfirliyin Konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: 

Bazar ertəsi, Çərşənbə axşamı və Çərşənbə günləri, saat 09:00-dan - 12:00-dəkdir.

 

Şəxsi, işgüzar, elm və təhsil ilə bağlı səfərlər üçün tələb olunan sənədlərin siyahısı:

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/;
  2. Pasport və onun surəti (Pasportun etibarlılıq müddəti viza müddətinin bitməsi tarixindən ən azı 90 gün artıq olmalıdır. Pasportda viza üçün boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Şəxsi səfərlər üçün dəvət məktubu: Fiziki şəxslər tərəfindən şəxsi səfər üçün dəvət məktubu (nümunə) notarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birlikdə təqdim edilməlidir (notarial qaydada təsdiq edilmiş məktubun surəti də təqdim oluna bilər). Qeyd: Dəvət edən Azərbaycan vətəndaşı dəvət məktubunu Azərbaycan dilində tərtib etməlidir. Dəvət edən şəxs Azərbaycanda yaşadığı təqdirdə, dəvət məktubu yerli notariusda notarial qaydada təsdiq edilməlidir. Dəvət edən AR vətəndaşı İsraildə yaşadığı təqdirdə Azərbaycan dilində tərtib olunmuş dəvət məktubu İsraildə notarial qaydada təsdiq olunmalıdır və ya dəvət edən şəxs Səfirliyin Konsulluq bölməsinə şəxsən gəlib dəvət məktubunu Səfirliyin konsulluq bölməsində təsdiq etdirməlidir. 

Qeyd: Dəvət edən şəxs dəvət olunan İsrail Dövləti vətəndaşının yaxın qohumu (ər, arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr) olduğu halda, qohumluq əlaqəsini sübut edən təsdiqedici sənədlərin surəti (nikah və ya doğum haqqında şəhadətnamə) təqdim olunmalıdır.

 

İşgüzar, elm və təhsil səfərləri: Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. Ətraflı məlumat üçün: https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler

  1. İsraildə yaşayan əcnəbilər üçün müvəqqəti və ya daimi yaşayış icazəsi;
  2. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.

Qeyd 1: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız Səfirliyin bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi yalnız çap olunmuş formada təqdim olunmalıdır.

Qeyd 2: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

  

Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/;
  2. Pasport və surəti (Pasportun etibarlılıq müddəti viza müddətinin bitməsi tarixindən ən azı 90 gün artıq olmalıdır. Pasportda viza üçün boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Otel sifarişinin surəti (ölkədə qalma tarixlərinə uyğun) və bron edilmiş təyyarə biletinin surəti;
  5. İsraildə yaşayan əcnəbilər üçün müvəqqəti və ya daimi yaşamaq icazəsi;
  6. Beynəlxalq tibbi səyahət sığortasının surəti; 
  7. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız Səfirliyin bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi yalnız çap olunmuş formada təqdim olunmalıdır.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

 

 

Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi:

Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında qarşılılıq prinsipi əsasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş rejimi tətbiq olunur: 

https://mfa.gov.az/files/shares/Consulate/Vizasiz.pdf

   

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumlarının dərəcələri:

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun dərəcələri:

https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti